“Biz müharibəni iliklərinə qədər hiss edən ailəyik...“ - Həbib Əlizadə

27 İyl 2021 07:25
474

Həbibzadə Şəhriyar Heybətulla oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olundu.

Ambur.az xəbər verir ki, bu barədə Şəhriyarın qardaşı, müəllim Həbib Əlizadə özünün "ınstagram" hesabında paylaşıb: 

"Qardaşım Həbibzadə Şəhriyar Heybətulla oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olundu. Şəhriyar Vətən müharibəsində artilleriyada döyüşüb və 44 gün boyunca Xocavənd istiqamətində, demək olar ki, fasiləsiz atəş altında olublar. Komandiri və xeyli döyüş yoldaşları şəhid olub. Şəhidlərimizin ruhları şad olsun.
Biz müharibəni iliklərinə qədər hiss edən ailəyik. Ailəmiz olaraq vətənimizə xidmətimizi necə lazımdırsa o şəkildə də etdik.

Arzu edirəm ki, gələcək nəsil sülh içində yaşasın. Sənə və bütün qazilərə uzun və sağlam ömür arzu edirəm".

Həbib Əlizadə
Müəllim

Oxşar xəbərlər