Bloomberg: Putin Ərdoğanı ən lazımlı anda xilas edib

09 Avq 2022 13:59
103

Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri üçün kritik məqamda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

Ambur.az bildirir ki, bu bunu SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir.

Bildirilir ki, bu barədə "Bloomberg" yazıb. 

Müəllifin fikrincə, tərəflərin Soçidəki danışıqları Ankaranın Rusiya qazının ödənişini qismən rublla həyata keçirə biləcək, bununla da lirənin məzənnəsini sabitləşdirəcək və ölkə daxilində kəskin qiymət artımının qarşısını alacaq.

Qeyd edilir ki, gələn il keçiriləcək yeni prezident seçkiləri ərəfəsində belə addımlar Ərdoğan üçün son dərəcə vacibdir.

"Bloomberg" Türkiyə prezidentinin reytinqlərinin antirekord həddə yaxınlaşdığını, iqtisadi vəziyyətin seçiciləri ciddi şəkildə narahat etdiyinə diqqət çəkib.

Eyni zamanda, müəlliflər bildirirlər ki, Ərdoğan Qərbin sərt sanksiyalarına səbəb olan Ukraynada Rusiya hərbi xüsusi əməliyyatının davam etməsi fonunda Moskva ilə münasibətləri inkişaf etdirir. 

Türkiyə bu vəziyyətdə neytral mövqe tutub, hərbi əməliyyatları pisləyib, lakin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyib.

Nəşrin əməkdaşları vurğulayırlar ki, Ankara Rusiya ilə iqtisadi əlaqələri dərinləşdirməyə ümid edir və eyni zamanda NATO müttəfiqləri ilə əlaqələri tamamilə kəsmək istəmir.

Oxşar xəbərlər