BMT Baş katibi: “Dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır”

07 Sen 2021 05:58
225

“Dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır”.

Ambur.az “Report”-a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş tviter səhifəsində Ümumdünya Təmiz Hava Günü münasibətilə paylaşımında yazıb.

“Dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır. Bu, hər il təxminən 7 milyon insanın erkən ölümünə səbəb olur. İndi qərarlı şəkildə hərəkətə keçməsək, bu rəqəm 2050-ci ildə iki qat arta bilər. İnsanları və planetimizi qoruya bilmək üçün nəfəs aldığımız havanı təmizləmək uğrunda birlikdə çalışaq”, - o qeyd edib.

Oxşar xəbərlər