Britaniyada Xocalı soyqırımının tanınması üçün kampaniya başladılıb

22 Fev 2021 18:39
17

Böyük Britaniyada yaşayan azərbaycanlılar Xocalı soyqırımının tanınması üçün kampaniya başladıblar.

APA-nın yerli bürosunun xəbərinə görə, kampaniya çərçivəsində soydaşlarımız tərəfindən yerli millət vəkilləri, bələdiyyə üzvləri, Britaniya Xarici İşlər Nazirliyi, Soyqırımı və İnsan Haqları üzrə parlament qrupu, Britaniya KİV-i və beynəlxalq insan hüquqları təşkilatlarına məktub ünvanlanacaq.

Bundan əlavə, 26 fevralda Azərbaycanın Britaniyadakı səfirliyi və Azərbaycan Evinin birgə təşkilatçılığı ilə Xocalı qurbanları yad ediləcək.

Oxşar xəbərlər