Bu əsgər silahdaşları ilə birgə düşmənin 7 tankını məhv edib - FOTO

13 Okt 2020 13:15
230

Müdafiə Nazirliyi işğalçı Ermənistan ordusuna ciddi zərbələr endirən Azərbaycan Ordusunun əsgərlərinin şücaəti ilə bağlı məlumat yayıb. 

Ambur.az xəbər verir ki, məlumatda deyilir:

"Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur.
O, silahdaşları Elvin Mədətəov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.
Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!"

Oxşar xəbərlər