Bu gün 71 kənd, 1 qəsəbə 8 strateji yüksəklik azad olundu- Adlar

09 Noy 2020 20:57
67

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev axşam saatlarında daha 48 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin azad olunduğu elan edib.

Ambur.az xəbər verir ki, bu, Bayraq Günündə ölkə başçısının Azərbaycan Xalqına verdiyi ikinci müjdədir.

Belə ki, Ali Baş Komandan günorta saatlarında da daha 23 kəndin işğaldan azad etdiyini açıqlamışdı.

Ümumilikdə isə, dövlət başçısı Şuşadan dərhal sonra 71 kənd, 1 qəsəbə 8 strateji yüksəklik azad olunmasının xəbərini verib.

Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, 
Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı, 
Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, 
Zəngilanın Keçikli, Ördəkli Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, 
Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, 
Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, 
Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, 
Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad edib. 


 

Oxşar xəbərlər