Bu gün Astaraçay üzərində körpünün təməli qoyulacaq

25 Yan 2022 11:23
161

Bu gün Astaraçay üzərindən tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək.

Ambur.az-ın "APA-Economics"ə istinadən məlumatına görə, mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi, həmçinin Azərbaycan və İran nümayəndə heyətlərinin digər təmsilçilərinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan Respublikası) – Astara (İran İslam Respublikası) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb.

Oxşar xəbərlər