Bu gün Azərbaycanın ilk Milli Qəhramanının doğum günüdür -Valeh Müslümov -FOTOLAR

02 Sen 2020 11:06
1644

Valeh Əlizaid oğlu Müslümov 1968-ci il sentyabrın 2-də Lerik rayonunda doğulmuşdur. 1975-ci ildə 2 saylı Lerik rayon orta məktəbinin birinci sinfinə getmiş, 1983-cü ildə səkkizinci sinifi bitirmişdir. Elə həmin il Sumqayıt şəhər 17 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. 1984-cü ildə 2 saylı Sumqayıt Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır. 1988-ci ildə hərbi qulluqdan tərxis olunur və Sumqayıta qayıdır. Torpaqlarımızın erməni quldurları tərəfindən işğal edilməsinə dözə bilməyərək, 1991-ci ilin avqust ayından DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Xocalı, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir, mərdliklə vuruşur. Füzuli rayonu ərazisində erməni quldurlarının mühasirəsində olan cəsədlərin çıxarılmasında həyatı bahasına riskə gedir.

1992-ci il aprel ayının 14-ü Marquşevan kəndində gedən döyüşdə erməni yaraqlıları xeyli texnika və canlı qüvvə ilə Marquşevana hücuma keçir. Valeh öz dəstəsi ilə ilk olaraq döyüşə girir. O, həm düşmənlə vuruşur, həm də yaralı dostlarını döyüş meydanından uzaqlaşdırırdı. Bu qeyri-bərabər döyüşdə Valeh yaralandı. Buna baxmayaraq 11 nəfər yaralı döyüşçünü ölümün pəncəsindən xilas etdi. Əfsus ki, öz həyatını xilas edə bilmədi. 1992-ci il 6 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir. Subay idi.

Valeh Müslümov ömrünün 22-ci, 23-cü ilini respublikamızın müxtəlif bölgələrində keçirtdi. Daşaltıda, Xocalıda, Şuşada, Laçında, Füzulidə, Goranboyda, Tovuzda,Qubadlıda canavar xislətli düşmənlə üz-üzə durdu. Valehin hər döyüş günü erməni quldurlarını qorxu içində saxlayan, "Əsədovun bandası” adlandırılan "OMON”a şan-şöhrət gətirdi.Hərbi texnikanın sirlərinə yaxından bələd olan Valehin adı qısa bir vaxtda erməni quldurlarını dilində hallanmağa başladı. Onun başını gətirənə mükafat kəsildi,Valehin döyüşlərdə göstərdiyi şücaətlər bir-birini əvəz etdikcə,qəhrəmanlıq tariximizə yeni-yeni səhifələr yazıldıqca Valehin başına qoyulan məbləğ 200 mini ötdü.   Valehin döyüş günləri onun silahdaşlarının, komandirlərinin hafizələrinə əbədi olaraq həkk olunurdu. Füzuli rayonunun Hoğa kəndi uğrunda gedən döyüşlərdə erməni quldurları həlak olmuş soydaşlarımızın meyidlərini götürməyə imkan vermirdi. Düşmənin güclü müqavimətinə baxmayaraq Valeh ölümün üzünə dik baxaraq qanlı döyüş meydanlarına atılmış, yaralıları güllə yağışı altından çıxartmışdı.

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Lerik rayonunda dəfn edilmişdir.

Vaxtilə təhsil aldığı Lerik rayonundakı 2 saylı orta məktəb onun adını daşıyır.

Oxşar xəbərlər