Bu gün Lənkəranın ictimai fəal gənci, müğənni Allahverən Pərvizoğlunun doğum günüdür

06 Sen 2021 11:44
101

Allahveren Pərviz oğlu Hüseynzadə 6 sentyabr 2005 -ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2011-ci ildə V. Əliyev adına Lənkəran Şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyinin 1 -ci sinifinə daxil olub. Hələ uşaq yaşlarından musiqiyə böyük həvəsi olan Allahverən 28 may 2017 -ci ildə atasının itirib. 

Allahveren ailəsi ilə birlikdə Bakı şəhərinə köçürlər. Anası Samirə xanım halal zəhməti ilə övladlarını saxlayır. Bakıda olarkən sənətkarların dəvəti ilə bir neçə verlişlərə dəvət olunur. 2018 -ci ildə atasın Pərviz Hüseynovun 1 -ci il dönümü ilə bağlı Lənkərana gəlirlər və yenidən burada yaşamağa başlayırlar. Neçə-neçə istedadlilar yetişdirən Həqiqət Rzayeva adına Lənkəran Şəhər 2 nömrəli uşaq musiqi məktəbinin xanəndəlik sinifinə daxil olur,  hal-hazırda həmin məktəbin 3 -cü sinifində təhsil alır. 2020 -ci ilin dekabr ayında Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi tərəfindən İlin Fəal könüllüsü "Fəxri fərman"ına layiq görülür.

2021 -ci ildə Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən Şəhid Xudayar Yusifzadə və onun timsalında bütün şəhidlərin xatirəsinə həsr olunmuş "Vətən Yaxşıdır" Respublika mahnı müsabiqəsində 3-cü yerin qalibi ol, Lənkəran üzrə isə 1 -ci yerin qalibi olur. Allahverəni Lənkəranda bəstəkar və xalq mahnılarının ifaçısı kimi tanıyır, tədbirlərə dəvət edirlər.
2021-ci ilin may ayında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Sən Elə Bir Zirvəsən" Respublika mahnı müsabiqəsinin qalibi olur.

Lənkəran Şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən vətənpərvərlik mövzusunda ifa üzrə rayon müsabiqəsinin qalibi olur. Gənclər və İdman Nazirliyinin "Armudu"lahiyəsində gənclərin məhşurlarla onlayn görüşü keçirilir. Layihənin qonağı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva olur, gənc müğənninin arzusu olur ki, Qənirə Paşayeva ilə görüşsün. Onlayn görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva gənc müğənni Allahverən Pərvizoğlunu Milli Məclisə dəvət edib. Gözəl görüş keçirilib, görüşdə anası Samirl Hüseynzadə iştirak edib, gənc muğənni Allahveren Pərvizoğlu millət vəkilinə öz uğurları haqqında məlumat verib.

Oxşar xəbərlər