Bu gün Milli Qəhrəman Yavər Əliyevin doğum günüdür

26 İyn 2021 21:56
518

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevin doğum günüdür.

Ambur.az xəbər verir ki, Yavər Yaqub oğlu Əliyev 27 iyun 1956-cı ildə Bakı şəhərində anadan olub. Pirallahı adasında 235 saylı tam orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olub. Tükənməz səyi və zəhməti sayəsində müxtəlif tipli vertolyotların idarə olunmasını dərindən öyrənib. Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasında böyük əməyi olub. Bir neçə dəfə Qarabağa Mi-24 vertolyotundan düşmən mövqelərinə ağır zərbələr endirib. 1992-ci il fevralın 29-da vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olub və Bakı şəhərinin "Şəhidlər Xiyabanı"nda dəfn edilib. Azərbaycan Prezidentinin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə Yavər Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Oxşar xəbərlər