Bu gün orden və medallarla təltif olunan lerikli şəhidlər - RƏSMİ SİYAHI

05 Noy 2021 23:55
301

05.11.2020-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ölümündən sonra təltif ediliblər. 

Ambur.az-ın məlumatına görə, təltif olunanlar arasında Lerik rayonundan 13 şəhid var və onlar aşağıdakılardır:

1- Leytenant Əkbərov Əmrah Şahid oğlu - "Azərbaycan Bayrağı" ordeni, "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları

2- Gizir Haşımov Tərzan Qəhrəman oğlu - "Azərbaycan Bayrağı" ordeni

3- Kiçik gizir Tağıyev Ramiq Teymur oğlu - "Azərbaycan Bayrağı" ordeni

4- Əsgər Tahirov Firdovsi Balaxan oğlu - "Azərbaycan Bayrağı" ordeni

5- Mayor Ağayev Ramil Mərdan oğlu - 3-cü dərəcəli "Rəşadət" ordeni və "Füzulinin azad olunmasına görə" medalı

6- Kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlu - 3-cü dərəcəli "Rəşadət" ordeni və "Cəbrayılın azad olunmasına görə" medalı

7- Baş leytenant Əhədov Tural Rahil oğlu - 3-cü dərəcəli "Rəşadət" ordeni

8- Kiçik gizir Əsədullayev Elnur İmran oğlu - 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

9- Əsgər Abdulov İdrət İbi oğlu - "Suqovuşanın azad olunmasına görə" medalı

10- Əsgər Babayev Çingiz Sulduz oğlu -  "Suqovuşanın azad olunmasına görə" medalı

11- Əsgər Babazadə Babazeynal Maqsud oğlu -  "Suqovuşanın azad olunmasına görə" medalı

12- Mayor Heydərov Amid Rəbbil oğlu -  "Füzulinin azad olunmasına görə" medalı

13- Gizir Cabbarov Vidadi Cəbrayıl oğlu -  "Füzulinin azad olunmasına görə" medalı.

        Ambur.az

Oxşar xəbərlər