Bu gün qanlı Lənkəran hadisələrinin il dönümüdür

26 Yan 2021 14:56
159

Bu gün qanlı Lənkəran hadisələrinin ildönümüdür.

Ambur.az xəbər verir ki, Sovet ordusu 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qırğından sonra, yanvarın 26-da Lənkərana hücum edib.

Həmin vaxt Lənkəranda altı nəfər düşmən hücumunun qurbanı olub.

Xatırladaq ki, 1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərə Mərkəzi hökumət göz yumub. Buna dözməyən xalq 1990-cı ilin yanvarın 11-26-da Lənkəran tarixində yerli hakimiyyət orqanlarının fəaliyyətini nəzarət altına alıb. Dağlıq Qarabağa gedərək əhalinin müdafiəsini təmin etmək məqsədi ilə Müvəqqəti Müdafiə Komitəsi yaradılıb.

Mərkəzi meydanda isə on minlərlə insan mitinqlərə toplaşıb, xalqı birliyə səslənilib. Bakı qırğınından sonra Lənkəranda qan tökülməsi planlaşdırılıb. Ov tüfəngləri ilə silahlanmış könüllülər ordunu şəhərdən uzaqlaşdırmaq məqsədi ilə Haftoni meşəsinə çəkildilər. Yanvarın 26-sı hadisələrin kulminasiya nöqtəsi olub Zirehli texnika və vertalyotlardan endirilən desant dəstələri Haftoni ərazisini mühasirəyə alaraq gülləbaran ediblər və məlum hadisə baş verib.

Bu gün qanlı Lənkəran hadisələrinin il dönümüdür
Bu gün qanlı Lənkəran hadisələrinin il dönümüdür
Bu gün qanlı Lənkəran hadisələrinin il dönümüdür

Oxşar xəbərlər