Bu gün Qarabağ müharibəsinin şəhidi Qiyas Əhədovun dəfn günüdür

29 Dek 2021 20:33
664

Əhədov Qiyas İsaxan oğlu 1974-cü il aprel ayının 12-də Lerik rayonunun Xanagah kəndində anadan olub. 1981-ci ildə Xanagah kənd orta məktəbinin birinci sinifinə qəbul olunub, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.

Orta məktəbi bitirdikdən sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq cəbhə bölgəsinə yola salınıb. Qiyasın döyüş yolu Laçın cəbhəsindən başlayır. Laçın uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmanlıqlar göstərib.

1993-cü ilin sentyabr ayında Beyləqan istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu döyüşlərdə Qiyas xüsusi döyüş məharəti göstərərək düşmənin çoxlu canlı qüvvəsini məhv etmiş və bir döyüş tankını əl qumbarası ilə partladaraq sıradan çıxarıb.

Qiyas Əhədov 1993-cü il dekabr ayının 26-da Xocavənd rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi həmin ayın 29-da doğulub, boya-başa çatdığı Xanagah kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra şəhidin adı əbədiləşdirilmiş, Xanagah kənd tam orta məktəbinə Əhədov Qiyas İsaxan oğlunun adı verilib. 

Xalid Mahmud "Əbədiyyət yolçuları" kitabı.
 

Oxşar xəbərlər