Bu gün şəhid Gülşad Xəlilovun doğum günüdür

27 Mrt 2021 19:04
659

Bu gün II Qarabağ müharibəsinin şəhidi Gülşad Xəlilovun doğum günüdür.

Ambur.az bildirir ki, Gülşad Elşad oğlu Xəlilov 27 mart 2001-ci il il tarixdə Masallı rayonunun Kürdəbaz kəndində anadan olub. Uşaqlıq illəri doğulduğu kəndə keçib. Orta təhsilini başa vurduqdan sonra, 2019-cu ildə Masallı rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib.

Azərbaycan Ordusunun əsgəri olan Gülşad Xəlilov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan II Qarabağ müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən əsgər Xəlilov 15 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi səhərisi gün doğulub, boya-başa çatdığı Kürdəbaz kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. 

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Masallı rayonunun Kürdəbaz kəndində anadan olan əsgər Gülşad Elşad oğlu Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.  Allah rəhmət eləsin. Vətən sağ olsun! 

Oxşar xəbərlər