Bu gün şəhid Kənan Şahbazovun doğum günüdür

23 İyl 2021 18:58
244

Bu gün Azərbaycan Ordusunun əsgəri olan Kənan Natiq oğlu Şahbazovun doğum günüdür.

Kənan Natiq oğlu Şahbazov 23 iyul 2002-ci ildə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub. Xətai rayonu 138 sayli tam orta məkdəbin rus sektorunu 2019-cu ildə bitirib. Orta təhsilini başa vurduqdan sonra Masallı rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Kənan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və yüksək fədakarlıqlar göstərib. Kənan Şahbazov oktyabr ayının 2-də Füzul uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhidin nəşi Masallı rayonuna gətirilib və orada böyük izdihamla torpağa tapşırılıb. 

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Kənan Natiq oğlu Şahbazov ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
                  Ambur.az

Oxşar xəbərlər