Bu gün şəhid Namazın şəhadətindən 18 il ötür

23 Avq 2021 11:57
479

Bu gün Lerik rayonunda anadan olan şəhid Namaz Muradovun şəhadətindən 18 il ötür

Ambur.az bildirir ki, Namaz Fərman oğlu Muradov 14 oktyabr 1984-cü ildə Lerik rayonunun Günəşli kəndində dünyaya göz açıb. 1991-ci ildə Günəşli kənd orta
məktəbinin birinci sinfinə daxil olub, 2002-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. Həmin ilin oktyabr ayının 20-də Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Milli ordu sıralarına yola salınıb. Hərbi xidmətə Ağdam rayonunun Mərizli kəndində "N" saylı hərbi hissədə başlayıb.

Namaz xidmət etdiyi hərbi hissədə həm komandirlərinin, həm də əsgər yoldaşlarının rəğbətini qazanır. Göstərdiyi xidmətlərə görə bir neçə dəfə Fəxri fərmanlarla
təltif edilir. Namaz Muradaov 18 avqust 2003-cü ildə xidməti vəzifəsini yernə yetirərkən düşmən snayperindən açılan atəş nəticəsində baş nahiyəsindən ağır yaralanır, onu Ağcəbədi rayonunun Sarıclar kəndindəki Hospitala gətirsələr də həyatını xilas etmək mümkün olmur. Həmin ilin avqust ayının 23-də o, əbədiyyətə qovuşur. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpağa tapşırılır.

İstinad: "Əbədiyyət yolçuları" kitabı

Oxşar xəbərlər