Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenantın anım günüdür

10 Okt 2021 12:12
70

Bu gün Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüş şəhid polkovnik-leytenat Əfqan Abdurahmanovun anım günüdür.

Ambur.az-ın məlumatına görə, Əfqan Ağasəf oğlu Abdurahmanov 1976-cı il mayın 25-də Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. 1982-1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta mətəbdə təhsil alıb. 1995-1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduğdan sonra, 1997-2001-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2001-2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təcrübədə olduqdan sonra isə 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb.

Əfqan Abdurahmanov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətlərində başlanan döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, polkovnik-leytenant Əfqan Abdurahmanov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Bundan öncə isə o, nümunəvi xidmətinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley, III dərəcəli "Qüsursuz xidmətə görə", II dərəcəli "Qüsursuz xidmətə görə", I dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin!

Oxşar xəbərlər