Bu gün Vətən Müharibəsi Qəhrəmanının şəhadətindən 1 il ötür

02 Okt 2021 14:16
128

Bu gün Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun şəhid mayoru Elbrus Bayramovun anım günüdür.

Ambur.az bildirir ki, Elbrus Eyvaz oğlu Bayramov 1986-cı ilin dekabr ayının 1-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Quru Qoşunlarıın zabiti olan E.Bayramov 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. O, Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. Oktyabrın 2-də Füzuli döyüşləri zamanı Qərvənd istiqamətində şəhid olub. E.Bayramov doğulub boya-başa çatdığı Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub.

O, hərbidə qulluq etdiyi müddətdə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, E.Bayramova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

Ailəli idi, iki övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər