Bu gün xeyirxah və vətənpərvər insan - polkovnik Firudin Əzizovun doğum günüdür

27 May 2021 01:55
328

Bir çox şəhid və imkansız ailələrə maddi, mənəvi dəstək olan, etdiyi yaxşılıqları heç kimə bildirməyən və bu yaxşılıqların paylaşılmasını, ictimailəşməsini sevməyən, xeyirxah əməlləri ilə sevilib-seçilən komandir...Onu tanıyanların onun haqqında danışdıqlarına sakitcə qulaq asmaq olmur. Bu söhbətlər insanın varlığında qeyri-adi hisslər, ürəyində kövrək duyğular oyadır, insanlığa aşiq edir...

Muğanna "İdeal" romanında yazır ki, "İnsanın yalnız özü üçün, yəni subyektiv hissləri ilə yaşaya-yaşaya xoşbəxt olması mümkün deyil".

Ambur.az xəbər verir ki, bu gün sözügedən komadir, Ümumqoşun komandiri polkovnik Firudin Əzizovun doğum günüdür.

Firudin Novruz oğlu Əzizov 27 may 1975 Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub.

O, 1992-1994 -cü illərdə baş vermiş I Qarabağ müharibəsinin veteranı olan qəhrəman polkovnik müharibədə yarım qalan qisasını II Qarabağ müharibəsində tamamladı. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Firudin Novruz oğlu Əzizov "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə", medalları və 3 dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. Allah qorusun. Fəxr edirik!

Mənbə: Facebook -Hər Şey Vətən Üçün

Oxşar xəbərlər