Bu həftədən etibarən həftəsonu ictimai nəqliyyat işləyəcək

01 Okt 2021 01:48
58

Bu gündən - oktyabrın 1-dən sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərdən ikinci doza peyvənd olunmaları və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.

Ambur.az-ın məlumatına görə, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.

Bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli qərarına əlavədə əks olunub.

Eyni zamanda bu gündən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVID-19 pasportu olmayan bütün sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reydlər keçiriləcək.

Oxşar xəbərlər