Bu il Lerikin 7 kəndinə qaz çəkiləcək

17 Yan 2022 21:06
285

Bu il Lerik rayonunda 7 kəndin qazlaşdırılması nəzərdə tutulur.

Ambur.az-ın APA-ya istinadən xəbərinə görə, bunu "Azəriqaz" İB-in baş direktoru Ruslan Əliyev APA TV-nin "Sosium" verilişində açıqlayıb.

Direktorun sözlərinə görə, 2022-ci ilin planına Zuvuç, Kornədi, Davradibi, Qələbin, Veri-Əliəbad, Almu və Babakuçə kəndləri daxil edilib.

Oxşar xəbərlər