Bu ilin birinci rübündə Astarada 569 yeni iş yeri açılıb

11 May 2021 17:12
67

Bu il aprelin 1-nə Astara rayonunda iqtisadi fəal əhalinin sayı 54637 nəfər olub. Onlardan 51172 nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul əhali təşkil edib. Rayonda muzdla çalışan işçilərin sayı 8441 nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 6347 nəfər, qeyri-dövlət bölməsində 2094 nəfər olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonun müəssisə və təşkilatlarında muzdla çalışan işçilərin 8,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 1,4 faizi emal sənayesində, 2,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1,4 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində, 1,4 faizi tikintidə, 1,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində işləyir.

Bu ilin birinci rübündə Astarada 569 iş yeri açılıb. Bunun 8-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 15-i mövcud müəssisə və təşkilatlarda, 418-i fiziki şəxslərdə, 128-si isə digər sahələrdə olub.

Oxşar xəbərlər