Ambur.az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsində anadan olan II Qarabağ müharibəsi şəhidi Ramil Adəm oğlu Yusifzadənin yaşadığı küçəyə onun adı verilib.
Qeyd edək ki, şəhid Ramil Yusifzadənin bədəninin bir hissəsi, şəhadətə qovuşandan 40 gün sonra döyüş ərazisindən tapılaraq, kimliyi DNT analizi nəticəsində müəyyənləşdirilərək torpağa tapşırılmışdır. Şəhidin qırx mərasimi yanvarın 11-də keçiriləcək. Allah rəhmət eləsin!