“Bu seçki 10 noyabr razılaşmasının ümumxalq səsverməsi ilə qəbuludur”

22 İyn 2021 12:06
26

“2 gün əvvəl Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin yekunları Vətən Müharibəsində parlaq qələbəmizin nəticələrinə tam uyğundur, 10 noyabr razılaşmasının ümumxalq səsverməsi ilə qəbuludur”.

Ambur.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə Ermənistanda keçirilən seçkilərdən danışarkən deyib. O bildirib ki, erməni xalqı və ordusu yeni müharibələrə qadir olmadığını, işğal partiyasının rəhbərləri Köçəryanın və Sarkisyanın 30 illik istismar düşərgələrində və səngərlərində bir daha ölmək istəmədiklərini nümayiş etdirdilər: “Əks halda, dünya tarixində məğlub rəhbərə yenidən mandat verilməsi görünməmiş hadisədir. Deməli, Azərbaycanın qələbəsi 90-cı illərdə miflərlə aldadılmış başqa bir xalqı da xilas etdiyi üçün 687 min insan indi sülhə səs verir .Ona görə də 15 iyunda-Azərbaycan dövlətinin xilası günündə Şuşada Türkiyə dövləti ilə imzalanan hərbi-siyasi İttifaqı Ermənistana təhlükə kimi qələmə verənlərin qorxu və xof siyasəti nəticə vermədi. Çünki erməni xalqı başa düşür ki, onların təhlükəsizliyinə və siyasi gələcəyinə 3-cü dövlətlərin verdikləri hərbi təminat Türkiyə və Azərbaycanın qarantiyasını əvəz edə bilməz”.

Oxşar xəbərlər