Canəli Əkbərovun xatirəsinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı musiqili ədəbi-məclis keçirilib

30 İyl 2022 15:26
103

Lənkəran Regional Mədəniyyət İdarəsinin Qəni Vəliyev adına Lənkəran şəhər mədəniyyət mərkəzinin Şağlaser kənd sənətkarlıq evində görkəmli muğam ustası, Xalq artisti, professor Canəli Əkbərovun xatirəsinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı musiqili ədəbi-məclis keçirilib. 

Ambur.az xəbər verir ki, tədbirdə mərhum xanəndənin dostları, pərəstişkarlar və qohumları, yerli sakinlər, habelə digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Canəli Əkbərovun ifasında “Qarabağ şikəstəsi” zərb muğamının lent yazısının sədaları altında Şağlaser kənd sənətkarlıq evində təşkil olunmuş sərgiyə və foto-stendə baxıblar.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Vətən müharibəsində şəhid olmuş qəhrəmalarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə Lənkəran Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Anar Kakayev açaraq, Canəli Əkbərovun Azərbaycan muğam sənətinin inkişafındakı xüsusi xidmətlərindən danışıb. O, bildirib ki, görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Canəli Əkbərovun xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Sonra Azərbaycanın Xalq artisti, tanınmış radio diktoru Eldost Bayram, “Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli, Canəli Əkbərovun yaxın dostu Fərəməz Məhərrəmov, kənd ağsaqqalı Hacı Zabil, Qəni Vəliyev adına Lənkəran şəhər mədəniyyət mərkəzinin direktor əvəzi Habil Əliyev, sənətkarın qardaşı, hüquqşünas Tərlan Əkbərov və digərləri çıxışlarında dönə-dönə geniş səs diapazonuna malik sənətkar Canəli Əkbərovun milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirdiyini və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə mühüm töhfələr bəxş etdiyini dilə gətiriblər.

Tədbirdə şair-qəzəlxan Xilqət Talıbov, tanınmış muğamatçılar İlkağa Şahbazov, İmamvardi Ağayev və Ələddin Məmmədov, “Nənələr” folklor ansamblı, “Babalar” qrupu və digərləri öz rəngarəng ifaları ilə məclisi rövnəqləndiriblər.

Sonda sənətkarlıq evinin direktoru Lətif Nəhmətov və tədbrin aparıcısı Əli Əkbərov mərhum muğam ustası Canəli Əkbərovun sənətinə dəyər verdikləri üçün məclis iştirakçılarına təşəkkürlərini çatdırıblar.

<span>Canəli Əkbərovun xatirəsinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı musiqili ədəbi-məclis keçirilib</span><span xss=removed> </span>
<span>Canəli Əkbərovun xatirəsinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı musiqili ədəbi-məclis keçirilib</span><span xss=removed> </span>

Oxşar xəbərlər