Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verib

07 Fev 2022 08:46
423

Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verib.

Ambur.az-ın "Report"-a istinadən xəbərinə görə, o, bununla bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət ünvanlayıb.

O qeyd edib ki, bir neçə gün öncə "Facebook" səhifəsində yazdığı statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdmədiyini bildirib: "Sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm. Vəziyyətin belə bir şəkil alması, həmçinin işimin çoxluğu mənim Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyümdən istefa verməyimi zəruri edir və mən sizdən istefamın qəbul olunmasını xahiş edirəm. Azərbaycan Mətbuat Şurasına ölkədə medianın inkişafı naminə fəaliyyətində böyük uğurlar arzulayıram".

Oxşar xəbərlər