Cəbrayıl istiqamətində şəhid olan Masallının qəhrəman övladı - Şəhid Elməddin Nəzərov

22 Noy 2021 17:31
83

Elməddin İsmayıl oğlu Nəzərov 22 noyabr 1996-cı ildə Masallı rayonunun Binə Xocavar kəndində anadan olub. 2003-2014-cü illərdə şəhid Bəşir Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra, 2015-ci ildə Masallı rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınıb. Müddətli həqiqi hərbi xidmətini başa vuran Elməddin 2017-ci ildə evinə, ata-anasının yanına qayıdıb.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Elməddin Nəzərov döyüşlərdə könüllü iştirak etmiş, Füzuli,Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə böyük fədakarlıq göstərmişdir. Qəhrəman Elməddin oktyabr ayınının 30-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Masallı rayonunun Binə Xocavar kəndinə gətirilmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Elməddin İsmayıl oğlu Nəzərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                    Ambur.az
 

Oxşar xəbərlər