Cəbrayıl şəhərinin azad olunmasından bir il ötür

03 Okt 2021 20:30
241

Bu gün Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən bir il ötür.

Ambur.az bildirir ki, 1993-cü il avqustun 23-də Cəbrayıl şəhəri ermənilər tərəfindən işğal edilmişdi. Ötən ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsində, oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən Cəbrayıl şəhəri işğaldan azad olundu. Həmin gün Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəlin düşmən işğalından azad olunduğunu açıqlayıb.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Oxşar xəbərlər