Cəbrayıl və Füzulidə daha 5 erməni cəsədi TAPILDI

27 Mrt 2021 15:28
227

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə daha 5 erməni hərbçinin cəsədi tapılıb.

Ambur.az Modern.az-a istinadən xəbər verir ki, Ermənistana məxsus axtarış qrupları Füzuli və Cəbrayıl istiqamətində axtarışlar zamanı hərbçi cəsədləri aşkar ediblər.

Bundan əvvəl, Talış-Suqovuşan istiqamətində axtarışlar nəticəsiz qalmışdı.

 Bu günə kimi Qarabağda axtarışlar zamanı 1523 erməni hərbçinin cəsədi tapılıb.

Oxşar xəbərlər