Cəlilabadda 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib

18 Yan 2022 18:08
116

Yanvarın 14-də Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Ambur.az-ın xəbərinə görə, tədbirdə Muzey əməkdaşları, Cəlilabad rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Cəlilabad şəhər 4 saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Muzeyin direktoru vəzifəsini icra edən Çimnaz Qasımova çıxışında qeyd edib ki, 20 Yanvar faciəsindən artıq otuz iki il ötür. 20 Yanvar günü ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan tarix kimi hər il ehtiramla qeyd edilir. Bildirilib ki, 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçirib. Nəticədə 147 insan amansızcasına qətlə yetirilib, 744 insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Tədbirdə şəhid atası Habil Hüseynov çıxışında Azərbaycan xalqının müstəqillik uğrundakı şərəfli mübarizəsindən bəhs edərək, faciədə şəhid olmuş həmvətənlərimizi azadlıq fədailəri adlandırıb.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinə həsr olunmuş guşəyə baxış keçirilib, xatirə fotoları çəkdirilib.

Oxşar xəbərlər