Cəlilabadda Həmrəylik Günü ilə bağlı tədbir keçirilib

28 Dek 2021 10:11
144

Dekabrın 27-də Cəlilabad rayon Maşlıq kənd klubunda yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir təşkil edilib.

Ambur.az-ın xəbərinə görə, tədbirə Cəlilabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, kənd sakinləri və məktəblilər dəvət olunub. 

İlk öncə klubun "Bacarıqlı əllər" dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış kecirilib. Sonra tədbir klubun zalında davam etdirilib. 

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Sonra çıxış üçün söz klubun mədəni işlər üzrə təşkilatçısı Afər Cabbarova verilib. O, çıxışında qeyd edib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq məqsədi daşıyır. 
Sonra rayon Mədəniyyət Mərkəzinin metodisti Hüseyn İsmayılov öz növbəsində bu günün yaranma tarixi haqda tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, əlamətdar tarixi günün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyulub.

Digər iştirakçıların çıxışlarından sonra tədbirə məktəblilərin bir-birindən maraqlı şeir və musiqi ifaları ilə yekun vurulub.

<span>Cəlilabadda Həmrəylik Günü ilə bağlı tədbir keçirilib</span><span xss=removed> </span>
<span>Cəlilabadda Həmrəylik Günü ilə bağlı tədbir keçirilib</span><span xss=removed> </span>

Oxşar xəbərlər