Cəlilabadda ildırım meşə yanğınlarına səbəb olub - Fotolar

12 Avq 2021 09:13
238

Cəlilabad rayonunda baş verən meşə yanğınlarının qarşısı alınıb.

Ambur.az "Report"-a istinadən bildirir ki, Cəlilabad rayonu ərazisində yerləşən meşələrin Şatırlı, Ağbulaq və Ağdaş kəndləri yaxınlığındakı hissələri yanıb.

Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsindən "Report"un Muğan bürosuna verilən məlumata görə, hər 3 yanğın ötən gün ildırım vurmadan baş verib.

Yanğınlar rayonunun Şatırlı kəndi ərazisində kənd sakinləri, Ağbulaq və Ağdaş kəndlərində isə meşə işçiləri və FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər