Cəlilabadda “Şuşa İli“ çərçivəsində tədbir keçirilib

15 Yan 2022 08:29
23

Yanvarın 12-də Cəlilabad rayon Komanlı kənd kitabxana filialı və adıçəkilən kənd tam orta məktəbinin birgə iştirakı ilə 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan olunması ilə əlaqədar tədbir keçirib.

Ambur.az-ın xəbərinə görə, kitabxana əməkdaşı Şəbnəm Baxşəliyeva çıxışında qeyd edib ki, Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni mərkəzlərindən biri, əzəli vətən torpağıdır. O, həmçinin bildirib: "Ermənilər Şuşanı işğal etsələr də bu tarixi heç vaxt heç kimə unutdura bilmədilər. 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad olundu. Azərbaycan əsgəri qeyri-adi hünəri ilə "Şuşa bizimdir" həqiqətini dünyaya bəyan etdi. Bu il də ölkə başçısı, Müzəffər Ordunun Komandanı, Prezidenti İlham Əliyev bu şanlı qələbənin davamı olaraq 2022-ci ili "Şuşa İli" elan etdi".

Sonra tədbirdə iştirak edən məktəblilər Şuşa şəhərinə həsr olunmuş şeir kompozisiyaları səsləndiriblər.

Oxşar xəbərlər