Cəlilabadda Vətən müharibəsi şəhidləri anılıb

27 Sen 2021 12:00
186

Cəlilabad rayonunda Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar olaraq silsilə anım tədbirləri başlayıb.

Ambur.az "Report"-a istinadən xəbər verir ki, ilk tədbir Cəlilabad şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanında baş tutub. Tədbirdə rayon rəsmiləri, şəhidlərin ailə üzvləri, qazilər, hərbçilər və yerli sakinlər iştirak ediblər. Ziyarətçilər şəhidləri yad edib, onların ruhuna dualar oxuyublar.

Daha sonra şəhidlərin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçiriləcək. Həmçinin rayon mədəniyyət mərkəzində ədəbi-bədii kompozisiya nümayiş olunacaq.

Qeyd edək ki, Cəlilabad rayonu Vətən müharibəsi zamanı 97 şəhid verib.

Oxşar xəbərlər