Cəlilabadda “Zəfər yürüşü“ adlı tamaşa təqdim edilib

28 Sen 2021 13:32
89

Dünən Cəlilabad rayonunda 22 sentyabr -Anım Günü qeyd olunub

Ambur.az xəbər verir ki, sentyabrın 27-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, yerli icra orqanlarının rəhbərləri və mədəniyyət müəssisələrinin işçi kollektivlərinin iştirakı ilə ümumrayon anım tədbiri keçirilib. Anma mərasimində vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsi ehtiramla anılaraq Şəhidlər xiyabanında əbədi məşəl önünə gül dəstələri qoyulub.

Sonra anım tədbiri Cəlilabad Dövlət Rəsm Qalereyasında gənc rəssamların anım gününə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxışla davam etdirilib. Sərgiyə nəzər salandan sonra rayon Heydər Əliyev Mərkəzinin tədbir salonunda Xalq teatrı kollektivinin "Zəfər yürüşü" adlı tamaşası təqdim edilib. Səhnə işində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yürüdülən "Dəmir yumruq" əməliyyatı, Vətən müharibəsində igidlik göstərən oğullarımızın şücaəti, həmçinin torpaqlarımız uğrunda mətanət göstərərək şəhidlik mərtəbəsinə ucalmış qəhrəman vətən oğullarından söz açılıb.

Oxşar xəbərlər