“cənub.az” saytının rəhbərinə cinayət işi başlanılıb

14 Apr 2022 08:30
230

Masallıda hədə-qorxu ilə pul tələb edən KİV rəhbəri saxlanılıb.

Ambur.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 13-də rayonun Sığdaş kənd icra nümayəndəsi İsrafil Əliyev Polis Şöbəsinə müraciət edərək “cənub.az” saytının rəhbəri Zahir Əmənovun ondan 1500 manat pul aldığını bildirib. Şikayətdə qeyd olunub ki, Z.Əmənov icra nümayəndəsi övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Sayt rəhbəri saxlanılıb və barəsində hədə-qorxu ilə tələb etmə ittihamı ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Oxşar xəbərlər