Çexiya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

03 Okt 2022 16:33
158

Çexiya öz vətəndaşlarını Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfərdən çəkinməyə çağırıb.

Ambur.az xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bildirilib.

“Rusiya Federasiyasının Ukraynaya davam edən hərbi müdaxiləsi və Rusiya Federasiyasında ilk növbədə Avropa İttifaqı və NATO ölkələrinin vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin pisləşməsi təhlükəsi ilə əlaqədar olaraq, Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiya Federasiyasına səfər etməkdən çəkinməyi tövsiyə edir, vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırır", - bəyanatda qeyd olunub.

Oxşar xəbərlər