Ceyhun Bayramov: “Azərbaycanla Rusiya arasında münasibətlər strateji xarakter daşıyır“

11 May 2021 18:46
25

Azərbaycanla Rusiya arasında münasibətlər strateji xarakter daşıyır. Bizi ortaq tarix birləşdirir, onun vacib bir hissəsi faşizm üzərində qələbədir.

Ambur.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“İnanırıq ki, müntəzəm qarşılıqlı səfərlər dialoqun davam edilməsinə mühüm töhfə verir. İkitərəfli münasibətlərin inkişafı güclü müqavilə bazasına əsaslanır. Münasibətlərimizi tənzimləyən təxminən 230 sənəd var. Bir çox başqa sənədlər inkişaf mərhələsindədir”, – Xarici İşlər naziri deyib.

Oxşar xəbərlər