Ceyhun ƏLİYEV: “Düz istə“

19 Noy 2020 16:55
12

Qoca dünya əzəl gündən belədi,
Kasıbın davası düşər bez üstə.
Anam mənə şirin həyat dilədi,
Düşdüm qalmaqala acı söz üstə!

Taleyin hökmünü bilmək olmayır,
Fələk saydığını eləcə sayır,
Mərd son tikəni də dostuna qıyır,
Namərdin çörəyi olmur diz üstə!

Ceyhun, xoş gəlməsə sözün nadana,
Tapşır onu sən ulu yaradana,
Ürək qızma həyatda hər çatana,
Sınağa çək, haqq-hesabı düz istə!

                                      Ceyhun ƏLİYEV

Oxşar xəbərlər