Ceyhun Quliyev -LƏNKƏRANDADIR

18 Sen 2021 12:20
617

Bir aşiqəm ki, başımın bəlası Lənkərandadır,
Mərizi- eşqi- könlümün dəvası Lənkərandadır.


Gözəllik aləmin əta edibdi sanki şövq ilən,
İlahi lütvü, cənnətin səfası Lənkərandadır.


Təbiətin görən deyir dəvasıdır könüllərin,
Göz oxşayan bulağların şəfası Lənkərandadır.


Əzəldən ehtiram olub gəlib- gedən qonağlara,
Səxavətin, sədaqətin mayası Lənkərandadır.


Bu yerdə Ceyhun eşqini qəzəllərinlə vəsf elə,
Bu yan dəniz, o yanda dağ havası Lənkərandadır.

                       Ceyhun Quliyev -17.09.2021

Oxşar xəbərlər