Çin XİN: Heç kim Rusiyanı BMT-də oynadığı mühüm roldan məhrum etməyəcək

22 Sen 2022 12:51
55

Heç kim Rusiyanı BMT-də oynadığı mühüm roldan məhrum edə bilməz. 

Ambur.az "TASS"a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ çərşənbə günü Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib. 

"Sizi yenidən görməyimə çox şadam, əziz dostum. Biz bir neçə gün öncə Səmərqənddə görüşmüşük. İlk növbədə, sizi salamlamaq və BMT-nin mənzil-qərargahının yerləşdiyi Nyu-Yorka gəlişiniz münasibətilə təbrik etmək istərdim. BMT ABŞ-da yerləşsə də, BMT hamımıza məxsusdur. Rusiya Təhlükəsizlik Şurasının daimi üzvüdür və BMT-də mühüm rolunu davam etdirməlidir. Heç kim Rusiyanı bu hüquqdan məhrum edə bilməz", deyə nazir bildirib. 

Çinin xarici işlər naziri xatırladıb ki, ŞƏT sammiti çərçivəsində Səmərqənddə keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ikitərəfli münasibətlər mövzusunu qaldırıb və bir çox məsələlərdə anlaşma əldə ediblər. 

Van İ iki ölkə liderlərinin son görüşünün qərarlarının icrası üzərində işləməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, koronavirus pandemiyası hələ də keçməyib və dünya səhnəsində köklü dəyişikliklər baş verir. Hazırkı şəraitdə Pekin və Moskva arasında koordinasiya və əməkdaşlığın gücləndirilməsi mühüm rol oynayır.

Oxşar xəbərlər