Çində “Lanye” adlı yeni virus aşkar edilib, 35 nəfər yoluxub

09 Avq 2022 07:42
72

Çin və Sinqapur alimləri insanlara və heyvanlara keçə bilən yeni henipavirus növünü aşkar ediblər.

Ambur.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Çinin “Paper” informasiya portalı məlumat yayıb.

Bildirilib ki, virusa “Lanye” adı verilib. Hazırda bu virusa ən azı 35 nəfər yoluxub. Onlarda hərarət, yorğunluq, öskürək, iştahsızlıq, əzələ ağrısı, ürəkbulanma və digər simptomlar müşahidə olunub.

Hazırda henipavirusa qarşı peyvənd yoxdur.

Oxşar xəbərlər