“COVID-ə qarşı mübarizəmizi sərtləşdirməliyik”

04 Noy 2021 11:25
172

“Biz bu illər ərzində BMT-nin dörd qətnaməsinin yerinə yetirilməməsi ilə qarşılaşdıq. Bir qətnamə illərlə həllini tapmır və yerinə yetirilmir. Bunun həllini tapmadığını gördükdə diplomatik silahlı yolla münaqişəni həll etdik”.

Ambur.az bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov VIII Qlobal Bakı Forumunda çıxışında deyib.

O qeyd edib ki, yeni dünya nizamı ədalətə söykənməlidir və ədalətli qərarların çıxarılmasına yönəlməlidir: “Pandemiya dövründə bu sahədə müəyyən boşluqlar üzə çıxdı. Pandemiya böyük mənfi təsirə malik olub. BMT-nin daha səmərəli, effektiv olmasında maraqlıyıq. Bu təşkilatın  çıxardığı qərarlar əksər ölkələri  yerinə yetirməyə sövq etmir. Çox yaxşı olardı ki, dünyaya yeni nəfəs gətirilsin. Vaksinlər də ədalətli şəkildə paylanmalıdır. Ancaq bunu bir çox ölkələr blokladı. COVID-ə qarşı mübarizəmizi sərtləşdirməliyik. Ölkə Prezidenti də dəfələrlə bu barədə beynəlxalq forumlarda çağırışlar edib”.

Oxşar xəbərlər