Daha bir hərbçimizin şəhid xəbəri gəldi

23 Fev 2021 02:49
102

Vətən müharibəsində itkin düşən hərbçilərin siyahısında adı olan Rajapov Əmrahın şəhid olduğu təsdiqlənib.

5 aydan sonra şəhid olduğu təsdiqlənən Əmrah Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. Qeyd edək ki, Əmrah 2000-ci ildə Gəncədə anadan olub. Kiçik yaşlarında atasını itirib, sonradan anası tərəfindən Gəncə şəhərində yerləşən Uşaq Evinə verilib. Orta məktəbdən məzun olduqdan sonra da ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.
Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Onun itkin siyahısında adının olmasına gəlincə, bunun Əmrahın tibbi-ekspertizasının hələ də davam etməsi ilə bağlı olduğu bildirilirdi. Məlumata görə, heç bir yaxını olmadığı üçün ekspertizanın nəticələri bu səbəbdən gecikirdi.

Azadifno.az

Oxşar xəbərlər