Daha bir itkin hesab edilən əsgərimizin nəşi tapıldı

13 Yan 2021 16:23
172

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu müəyyənləşib.

Ambur.az xəbər verir ki, söhbət 25 yaşlı hərbi qulluqçu Mirzəyev Şirzad Mirzə oğlundan gedir. Şəhidimiz bu gün Göygöl rayonunda yerləşən Şəhidlər Xiyabınında dəfn edilib.

Ş. Mirzəyev Murovdağda, Ömər aşırımı istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Ailəli olan şəhidin 1 qız övladı var. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin itkin düşmüş hərbçilərlə bağlı yaydığı məlumatda Ş. Mirzəyevin də adı var.

Oxşar xəbərlər