Daşkəsən sakini Kəlbəcərdə minaya düşüb

29 Avq 2021 12:42
526

Daşkəsən rayon sakini Kəlbəcər ərazisində minaya düşüb.

Ambur.az-ın "Report"-a istinadən məlumatına görə, Daşkəsən rayon Alaxançallı kənd sakini, 1964-cü il təvəllüdlü Şükür Əşrəf oğlu Tağıyev Daşkəsəndən Kəlbəcər ərazinə keçən atını gedib gətirmək istəyən zaman minaya düşüb.

O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Onun ayağı topuqdan aşağı kəsilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər