Daxili Qoşunların Füzulidə minaya düşən hərbçilərinin ayaqları amputasiya edilib

29 Noy 2021 10:10
84

 Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının son durumu açıqlanıb.

Ambur.az-ın "Report"-a istinadən əldə etdiyi məlumata görə, hərbi qulluqçular - Sarib Məmmədzadə və Murad Məmmədzadənin hər birinin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir, müalicələri davam etdirilir.

Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər