Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşüb

28 Noy 2021 16:12
83

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları Füzulidə minaya düşüb.

Ambur.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

DİN rəsmisi qeyd edib ki, hadisə Şukürbəyli kəndində baş verib.

Daxili Qoşunların Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.
 

Oxşar xəbərlər