Deputat İqbal Məmmədov Binə qəsəbəsində şəhid qardaşlarının məzarını ziyarət edib- Fotolar

15 Sen 2021 11:13
65

Xəbər verdiyimiz ki, dünən eyni gündə, eyni saatda şəhadətə ucalan Lerikli qardaşlardan biri şəhid İman Məmmədzadənin doğum günü idi. Bununla əlaqədar deputat İqbal Məmmədov dünən onların məzarını ziiyarət edib.

Ambur.az xəbər verir ki, şəhidin doğum günü ilə əlaqədar keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Binə qəsəbəsində yerləşən "Şəhidlər Xiyabanı"da şəhidin uyuduğu məzar ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub. 

Mərasimdə çıxış edən şəhidin ailə üzvləri, şəhidin döyüş yoldaşları, digər natiqlər şəhid adına göstərilən ehtirama, davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya  səmimi minnətdarlıqlarını bildirdiblər.

Oxşar xəbərlər