Deputat səhiyyə işçilərinin müdafiəsinə qalxdı

15 Okt 2021 23:35
35

Deputat Rəşad Mahmudov səhiyyə işçilərinin işgüzar nüfuzuna zərər vurulması ilə bağlı cinayət məsuliyyətinin nəzərdə tutulmasını  təklif edib.

Ambur.az xəbər verir ki, deputat parlamentdə qeyd edib ki, məhkəmə qərarı olmadan səhiyyə işçilərinə qarşı ittihamlar irəli sürülür:

“Bu da onların nüfuzuna və  gələcəkdə xaricə getməsinə şərait yaradır. Mən təklif edirəm ki, mətbuatda Azərbaycan səhiyyə işçilərinin adları çəkilərək məlumatların verilməsinin qarşısı alınsın. Çünki tez-tez ya həkimlərin ya da xəstəxanaların adları çəkilir. Bu cür hallar doğru deyil”.

Oxşar xəbərlər